Çatdırılma
Məhsulun çatdırılması üçün bu müqavilə formasının istifadəçi tərəfindən təsdiq edilməsi mütləqdir.
Kabel.az-da təqdim olunan məhsullar Azərbaycan və ölkə xaricindən təmin olunur.
Ölkə xaricindən gətirilən məhsullar Bakıya dünyanın öndə gedən kargo şirkətləri tərəfindən çatdırılır.
Bakıdan isə müştəriyə çatdırılması Kabel.az-ın əməkdaşları, özəl kuryer xidməti və ya poçt xidməti tərəfindən həyata keçirilir.
Azərbaycandan təmin edilən məhsulların çatdırılma müddəti 1-3 iş günüdür.
Xaricdən gətirilən məhsulların çatdırılma müddəti sifariş verildiyi gündən hesablanır və müştəriyə 15-20 iş günü ərzində çatdırılır. Hər hansı fövqəladə durum yaranacağı təqdirdə müştəriyə öncədən məlumat verilir.
Azərbaycanın istənilən nöqtəsinə çatdırılma həyata keçirilir.
500 manata qədər sifarişlərin çatdırılması 5 manat, 500 manatdan yuxarı pulsuzdur.